Bu ölkədə elektrik enerjisi kəsildi – SƏBƏB

Yanvarın 8-i bütün Livanda elektrik enerjisi kəsilib.

Yerli mətbuatın məlumatına görə, buna Beyrut yaxınlığındakı kəndlərdən birində elektrik stansiyası ilə bağlı münaqişə səbəb olub.

“Electricite du Liban” şirkəti Livanın bütün ərazisinə elektrik enerjisinin verilməsini dayandırıb”, – məlumatda vurğulanır.

Məlumatda qeyd edildiyi kimi, Aramun kəndinin sakinləri elektrik enerjisinin daimi kəsilməsinə etiraz olaraq elektrik stansiyasına daxil olmağa cəhd ediblər.

Nəticədə elektrik şəbəkəsi fəaliyyətini dayandırıb. Beyrut hava limanında da elektrik enerjisinin verilişinin dayandırıldığı qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest