Bu ölkədə dünyanın ilk 3D körpüsü istifadəyə veriləcək – FOTO

Müasir dövrdə hətta evlər 3D printerlərdən istifadə etməklə yaradılır, lakin “BAM İnfra” şirkəti daha da irəli gedərək körpü çap edib.

“Lenta.ru” xəbər verir ki, Niderlandın cənubundakı Gemert şəhərində 3D printerlərdən yararlanmaqla inşa edilən körpü 8 metr uzunluğunda olmaqla 800 qat dəmir-betondan ibarətdir və 40 yük maşını ağırlığına tab gətirə bilir.

Lakin körpü yalnız piyadalar və velosipedçilər üçün nəzərdə tutulub.

Körpü Eyndhoven Texnologiya Universitetinin laboratoriyasında 3 ay ərzində çap edilib və dünyanın ilk 3D körpüsü hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest