Bu ölkədə avtomobillərə məcburi texniki baxış ləğv edildi

Rusiya Dövlət Duması yekdilliklə ikinci, oxunuşda şəxsi məqsədlər üçün istifadə olunan nəqliyyat vasitələrinin məcburi müntəzəm texniki baxışını ləğv edən qanun layihəsini qəbul edib.

TASS xəbər verir ki, vətəndaşlara məxsus olan və onlar tərəfindən müstəsna olaraq şəxsi məqsədlər üçün istifadə edilən avtomobillər və motosikletlər bu prosedurdan azad ediləcək.

Qanun layihəsi sərnişinlərin daşınması üçün istifadə olunan taksi və digər avtonəqliyyat vasitələrinə, habelə işgüzar məqsədlər üçün istifadə olunan şəxsi nəqliyyat vasitələrinə şamil edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest