Bu ölkədə “10 dəqiqəlik şəhər” yaradılır – İnsanlar hər yerə piyada gedə biləcəklər

Seulda “15 dəqiqəlik şəhər” yaratmaq ideyası irəli sürülüb.

Xarici mediaya xəbər verir ki, bütün sakinlərin evlərindən piyada və ya velosiped sürməklə qısa zamanda iş və istirahət yerlərinə çata biləcəkləri “15 dəqiqəlik şəhər” ideyası pandemiya zamanı şəhər planlaşdırıcıları arasında əhəmiyyətli dəstək alıb.

İndi bir qrup memar Cənubi Koreyanın paytaxtı Seulda daha da iddialı bir məhəllə yaratmağı planlaşdırır:

“H1” adlandırılan layihə köhnə sənaye sahələrini ağıllı şəhərə çevirməyi hədəfləyir. Səkkiz yaşayış binasını, ofisləri və sinif otaqlarını özündə birləşdirəcək və 125 hektar ərazini əhatə edəcək layihədə həm də əyləncə məkanları, fitnes mərkəzləri, üzgüçülük hovuzları və hətta hidroponik şəhər təsərrüfatlarının yerləşdirilməsi üçün şərait də nəzərdə tutulub.

Hollandiyanın “UNStudio” memarlıq firması tərəfindən və “Hyundai Development Company”nin dəstəyi ilə layihələndirilən ərazi, avtomobillərdən tamamilə azad olacaq. Layihədə deyilir ki, yeni yaradılacaq şəhərdə insanlar evlərinə piyada 10 dəqiqə ərzində çata biləcəklər.

Memarlar həmçinin bildiriblər ki, ekoloji cəhətdən sərfəli enerji almaq üçün qurğular yaradılacaq və suya qənaət məqsədilə yağış sularının saxlanması üçün sistemlər hazırlanacaq.

“15 dəqiqəlik şəhər” konsepsiyası ilk dəfə 2016-cı ildə kolumbiyalı akademik Karlos Moreno tərəfindən irəli sürülüb. Ən son Fransanın paytaxtını “ville du quartd”a çevirməyi təklif edən Paris meri Anne Hidalqo tərəfindən populyarlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest