Bu marka 8,3 milyon dollara satıldı

“Sotheby’s” hərracında dünyanın ən bahalı markası olan “Britaniya Qvianası” satışa çıxarılıb.

TASS xəbər verir ki, poçt nişanı İngiltərənin ən qədim filateliya şirkəti olan “Stanley Gibbons” tərəfindən alınıb. 8.3 milyon dollara əldə olunan marka şirkətin Londonun Strend küçəsindəki mərkəzi mağazasında nümayiş olunacaq.

Qeyd edək ki, səkkizbucaqlı marka 1856-cı ildə çap olunub. Bir sent nominal dəyərə malik poçt nişanının günümüzə cəmi bir nüsxəsi gəlib çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest