Bu il manatı hansı məzənnədə görə biləcəyik? – AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində valyuta ehtiyatları ilə bağlı da fikirlər səsləndirib. Ölkə başçısı bildirdi ki, əgər lazım olarsa, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Prezident qeyd edib ki, uzun illər ərzində manat sabitdir və ölkə əhalisi bundan faydalanır: “Manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. İnvestorlar üçün də bunun çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər” – İlham Əliyev deyib.

İqtisadçı ekspert Eldəniz Əmirov açıqlamasında bildirib ki, Prezidentin müsahibəsində manat və devalvasiya haqqında açıqladığı fikirləri təhlil etdikdə, bu il eyni məzənnəni, yəni 1 dolların, 1,7 manat olacağını görə biləcəyimizi demək mümkündür: “Çünki bunu edə bilmək üçün 2 şey lazım idi. 1- məzənnəni saxlamaq üçün vəsait, 2 – ölkə rəhbərliyinin prinsipial qərarı. Vəsait var. Valyuta ehtiyatları artıb və 53 milyardı keçib. Ölkə rəhbərliyinin bu məsələdə son məqam zərurətinə qədər qərarlığını da Prezidentin açıqlamalarında gördük.

İqtisadi və hərbi üstünlük qazandıracaq layihələr » Kaspi.azAzərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Onsuzda manata olan təzyiq ötən illlə müqayisədə azalıb. Belə ki, 2020-ci ildə 7.3 milyard dollar satıldığı halda, 2021-ci ildə azalaraq 6,6 milyard dollar olub. Bir sözlə, bütün bunlar 2022-ci ilin sonuna qədər devalvasiya ehtimalını əhəmiyyətli dərəcədə azaldaraq 0,5-dən aşağı salır” – deyə iqtisadçı vurğulayıb.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest