“Bu gün Ukraynada adına mahnılar bəstələnən PUA-lar Qarabağda olanda…” – ƏRDOĞAN

“Bu gün Ukraynadakı uğurlarına görə adına mahnılar bəstələnən hücum PUA-larımız Qarabağ müharibəsində “günahsız insanları qətlə yetirən ölüm maşınları kimi” damğalanırdı”. 

“golcukgundem” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelinin Gölcük rayonunda keçirilən tədbirdə çıxışında bildirib. 

Onun sözlərinə görə, ölkəyə qarşı ikili standartlar həmişə olub:

“Bu gün Türkiyənin NATO-nun təhlükəsizliyinə verdiyi töhfələri tərifləyənlər dünənə qədər Liviya və Suriyada atdığımız addımlara görə ölkəmizi amansızcasına tənqid edirdilər.
Türkiyə nə müdafiə ehtiyaclarını ödəməkdə, nə qanuni sərhədyanı əməliyyatlarda, nə də 40 illik terrorla mübarizədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi. Dəstək və töhfə bir yana, ölkəmiz tez-tez gizli və açıq sanksiyalara, embarqolara, təhdidlərə, təzyiqlərə, şantajlara məruz qaldı”, – deyə ölkə başçısı qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest