Bu gün Ramiz Göyüşovun YAP-dan qovulması gözlənilir

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətində partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyada qalıb-qalmayacağı məsələsinə baxılacaq.

Partiyadan bildirilib ki, R.Göyüşovun əxlaqi normalara sığmayan videogörüntüləri böyük partiya tərəfindən hiddətlə qınanılır. İdarə Heyətinin iclasında R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest