Bu gün “OPEC+” ölkələrinin Nazirlər Şurasının konfransı keçiriləcək

İyulun 18-də “OPEC+” ölkələrinin Nazirlər Şurasının konfransı keçiriləcək.

TASS agentliyi xəbər verir ki, görüş videokonfrans formatında təşkil olunacaq.

Mənbə OPEC katibliyindən əldə etdiyi məlumata əsasən qeyd edir ki, birlik müttəfiqlər arasındakı əsas məsələlərin həllinə nail ola bilib.

Qeyd olunur ki, OPEC-də əsas fikir ayrılığı Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yaşanırdı.

“OPEC+” iclasının gündəliyinə bu ilin sonuna qədər neft hasilatı səviyyəsinin müzakirəsi ilə yanaşı “OPEC+” razılaşmasının 2022-ci ilin sonuna qədər uzadılması məsələsi də daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest