Bu gün Brüsseldə İlham Əliyev-Nikol Paşinyan görüşü BAŞ TUTACAQ

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olacaq.

Görüş bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.

Görüşdə Azərbaycanla Ermənistan arasında bir sıra məsələlərin həlli yolları müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest