Bu da İlon Maskın elektrik təyyarələri

Mütəxəssislər təxmin edirlər ki, Tesla şirkəti elektriklə çalışan təyyarə istehsal edəcək.  Onların fikrincə, bu, çox məntiqlidir.

Bu haqda məlumat “ferra.ru” saytında yer alıb.

Mənbə yazır ki, “Morgan Stanley” analitik şirkəti bununla bağlı yeni material dərc edib. Onların hesablamalarına görə, yaxın gələcəkdə İlon Mask Tesla tərəfindən istehsal olunan elektrikli təyyarəsini ictimaiyyətə açıqlayacaq.

​​​​​​Söhbət şaquli qalxma və enmə təyyarəsindən (eVTOL) gedir. Bunu “Yahoo Finance” qeyd edib.

Maraqlıdır ki, “Morgan Stanley”in son açıqlaması, nəticədə “Tesla”nın reytinqini və bir səhmini 900 dollar səviyyəsinə qaldırıb.

Qeyd edilir ki, Tesla şirkəti “Tesla Aviation”  şöbəsini yaratsa, şirkətin səhminə təxminən 100- 866 dollar əlavə ediləcək.

Erkən hesablamalar eVTOL qlobal bazarının 2050-ci ilədək 9 trilyon dollara çata biləcəyini göstərir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest