Bu dəfə iranlı deputat SƏRSƏMLƏDİ

İran parlamentinin deputatı Məhəmməd Rza Əhmədi Azərbaycan haqda düşməncə ifadələr işlədib.

Azərbaycanın işğal altındakı torpaqlarının 44 günlük əməliyyatla geri almasından əndişələnən İran, bu dəfə parlamentin deputatı Məhəmməd Rza Əhmədinin əli ilə ölkəmizə qarşı qərəzli açıqlama edib.

Türkiyənin “Yeni Şafak” qəzeti xəbər verir ki, iranlı millət vəkili Twitter hesabından Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsi haqqında rəzalət dolu ifadələr işlədib.

“Bakı idarəçiləri Türkiyə sayəsində qazandıqları zəfəri özlərininki sayıb, qürurlanırlar. Sizin kiçik ölkənizin tarixi bizim ən gənc millət vəkilimizdən azdır”,-deyə Azərbaycanın Qarabağdakı BÖYÜK ZƏFƏRİNDƏN ənişələndiyini gizlətməyən iranlı deputat hədsizcə qeyd edir.

Görünür İran parlamentinin deputatının tarix bilgisi ya çox azdır, ya da ümumiyyətlə Azərbaycanın BÖYÜK ZƏFƏRİ adamın psixoloji durumuna təsir edib.

Azərbaycanı “Bakı idarəçiləri” adlandırmaqla həddini aşan Əhmədi bəlkə İran adlanan coğrafiyanın və hətta müasir İran dövlətinin uzun əsrlər boyunca Türk hökümdarlar tərəfindən idarə edildiyini unudub?Əhmədi soyadlı deputat İran dövlətini 1925-ci ilədək idarə edən Qacarları unudubmu? Bəs həmin Qacarların nə az nə çox düz 1000 il İranı idarə etməsi faktını necə, unudubmu?

Əhmədi soyadlı həyasız deputat bilməlidir ki, bu gün İran adlı dövlət varsa, çox təssüf ki məhz Türk hökümdarların səbəbinə mövcuddur. O ki qaldı Azərbaycanın Qarabağdakı BÖYÜK ZƏFƏRİNƏ qısqanclıqla yanaşmağa, iranlı deputat bilməlidir ki, məhz Qarabağdakı möhtəşəm qələbədən sonra bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşıb. Tehranlı idarəçilər bu qələbəyə kin qusmaqla bölgənin reallıqlarından kənarda qala bilərlər. Yalnız mövcud reallıqlara dəstək vermələri və uymaları halında iqtisadi layihələrdə iştirak hüququ qazana bilərlər.

O ki qaldı qardaş Türkiyənin Azərbaycana dəstəyinə, Azərbaycan və Türkiyə dünyada bənzəri olmayan iki qardaş və təbii müttəfiqlərdir. Bəs bu deputat İran da daxil olmaqla bir çox ölkələrin Ermənistana verdiyi hərbi-siyasi dəstəyi niyə unudur? 44 günlük savaş dövründə İran ərazisində Ermənistana gedən hərbi yük karvanlarını unutduğumuzu zənn edirsiniz? Bəs İran ərazisinidən keçib Qarabağa ermənilər üçün döyüşməyə gələn PKK terrorçuları? Bəs müharibə dövründə və sonra İranın ermənilərə etdiyi yardımlar?  Avropa.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest