Bu ərazilərdə qar yağdı – FOTO

Ötən gün şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

Gündüz saatlarında bölgədə güclü külək olub.

Axşam saatlarında yağış və dağlıq ərazilərdə qarla əvəzlənib.

Quba, Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb, temperatur aşağı düşüb.

Müşahidə məntəqəsinin olduğu Qubanın Qrız kəndində 2 sm hündürlüyündə qar qeydə alınıb (apa.az).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest