BMT-nin Baş katibi daha dəhşətli COVID ştammı barədə xəbərdarlıq edib

BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, COVID-19-un növbəti versiyası “Omikron”dan daha dəhşətli ola bilər və dünya ictimaiyyəti pandemiya ilə mübarizə aparmaq üçün fövqəladə rejimə keçməlidir.
Baş Assambleyanın iclasında 2022-ci ildə beynəlxalq təşkilatın prioritetləri barədə danışan Quterreş, “COVID-19-a qarşı mübarizədə fövqəladə vəziyyət rejiminə keçməliyik. “Omikron” daha bir xəbərdarlıqdır. Növbəti variant daha dəhşətli ola bilər”, deyib.
BMT-nin baş katibi əlavə edib ki, virusun bütün dünyada yayılmasının dayandırılması qarşıdakı ildə də gündəmdə qalmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest