BMT-də qorxunc həqiqətlər açıqlandı: “Rusiya ukraynalı uşaqları qaçırır”

“Rusiya ukraynalı uşaqları qaçıraraq öz ərazisinə aparır. İşğalçıların məqsədi təkcə Ukraynanı tutmaq deyil, həm də millətini məhv etməkdir. Rusiya işğal etdiyi ölkəni gənc nəsildən məhrum etməyə çalışır”.

Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Sergey Dvornik təşkilatda çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, ümumilikdə 230 mindən çox uşaq Rusiya Federasiyasının ərazisinə deportasiya edilib.

“Rusiyaya zorla deportasiya edilən 1,4 milyon Ukrayna vətəndaşı sırasından ən azı 230 min ukraynalı uşağın oğurlanması cinayətdir və Ukrayna millətini gənc nəsillərindən məhrum etməklə məhv etmək məqsədi daşıyır. Bu müstəmləkəçiliyin müasir təzahürüdür”, – deyə S. Dvornik bildirib.

Qeyd edək ki, mayın 25-i səhər saatlarına olan məlumata görə, müharibədə azı 671 uşaq xəsarət alıb. Onlardan 238-i ölüb, 433-ü yaralanıb.

Mənbə: Ukrinform

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest