Bloger Aysel Şükürova da partlayış baş verən gecə klubunda olub

Tanınmış bloger Aysel Şükürova bu gün partlayış baş verən “Location Baku” gecə klubunda olub.
Blogerin keçmiş həyat yoldaşı Oqtay Əhmədov onun səhhəti haqda məlumat paylaşıb.
O bildirib ki, hazırda Ayselin yanındadır və blogerin səhhəti normaldır: “Şükür, hər şey yaxşıdır. Narahat olmayın”.
Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə, bu gün baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest