Blinken Putin haqqında mahnı oxumaq istədi: işçiləri icazə vermədi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken ABŞ-Rusiya münasibətləri ilə bağlı zarafat edib.

Bu, Blinkenin universitetdə çıxışı zamanı baş verib.

Dövlət Departamentinin rəhbəri qeyd edib ki, özü ilə gitara götürüb Putin haqqında mahnı oxumaq istəyib, lakin işçiləri qoymayıb.

“Mənim işçilərim Putin üçün Taylor Svitin “We’ll Never Be Again” mahnısını oxumaq üçün bura gitara gətirməyimə icazə vermədilər. Dedilər ki, bu, “qeyri-diplomatik” olacaq”, – Blinken deyib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya hakimiyyəti ABŞ prezidenti və onun oğulunun ölkəyə girişi ömürlük qadağan olunmuş şəxslər siyahısına daxil edib.

Sanksiya siyahısına həmçinin bir neçə siyasi xadim və aktyor salınıb.

Bayden Rusiyanın Ukraynaya səbəbsiz hücumundan sonra Putinlə görüşdən imtina edib. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest