“Bir günlük döyüşlər yenə olacaq, səbəb…” – Movses Akopyandan ŞOK AÇIQLAMA

“Bir günlük döyüşlərin niyə aparıldığını bilirəm, amma bu barədə danışmayacağam. Hələ də belə hadisələr olacaq. Bu, dəhlizin verilməsi ilə bağlı deyil, gələcəkdə dəhlizin təminatı və saxlanması ilə bağlıdır”.

“Armenian Report”un yazdığına görə, bunu erməni müxbirin noyabrın 16-da birgünlük döyüşlərin hansı məqsədlə aparılması barədə sualına cavab olaraq Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan söyləyib.

Ermənistan ərazisindən Azərbaycan üçün dəhlizin, nəhayət, harada yaradılacağı ilə bağlı sualı isə M.Akopyan belə cavablandırıb:

“Hansı ərazidən razılaşdırılsa, oradan da olacaq. Azərbaycanlılar komissiyanın razılaşacağı yol boyu işləyəcəklər. Komissiya isə hökumət tərəfindən formalaşdırılır və onun tərkibinə müvafiq mütəxəssislər daxil edilməli idi”…

Qeyd edək ki, M.Akopyan 2016-cı il aprel döyüşlərindən sonra Baş qərargah rəisi təyin olunub, 2019-cu ulin noyabrında isə baş nazir Paşinyan tərəfindən vəzifəsindən azad edilib./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest