Biləsuvarda traktor avtomobillə toqquşdu – Ölən var

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun “PMK-9” adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest