Benzema Çempionlar Liqasının bombardiri oldu

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün bombardiri olub.

Fransalı hücumçu 12 oyunda 15 qol vurub. Onun aktivində 2 məhsuldar ötürmə də var.

Benzema Almaniya “Bavariya”sının forvardı Robert Levandovskini 2, Niderland “Ayaks”ının üzvü Sebastyen Alleri 4 top üstələyib.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Real Madrid” İngiltərə “Liverpul”unu məğlubiyyətə uğradıb – 1:0. Yeganə qolu 50-cu dəqiqədə Vinisius Junior vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest