“Belə getsə, kinoteatrda tennis oynayacağıq” – Emin Ağalarov

Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Rusiyanın RBK nəşrinə müsahibə verib.

O, Rusiyada müharibə fonunda yaşanan iqtisadi tənəzzüldən danışıb.

Onun sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə ən çox zərər çəkən sahələrdən biri də kino sənayesidir: “Səs-küylü qərb premyeralarının olmaması səbəbindən kinoteatrlara ziyarət 70% azalıb. Bu, kosmik rəqəmdir”.

“Bizim Vegas və Crocus-da 22 zalımız var. Bunu 500-700 insana vurun – bu, bir seansa 12-17 min insan edir. Və əvvəl bütün bu zallar dolu idi. Bu zalların fəaliyyətinin davam etməsi üçün Rusiya bir neçə ay ərzində 100 ildir var olan Hollivudu geridə qoymalı və bütün ölkənin baxmaq istəyəcəyi filmlər istehsal etməyə başlamalıdır. Üstəlik, ildə bir dəfə deyil, hər gün. Çox güman, biz bu məsələnin öhdəsindən gələ bilməyəcəyik. Və kinozalların yerinə boş qutular qalacaq. Orada tennis oynayacağıq”, – Ağalarov deyib.

Vitse-prezident Rusiyadakı restoran biznesinin də tənəzzülə uğradığını etiraf edib. Onun sözlərinə görə, restoranlardakı trafik ortalama olaraq 30-40% düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest