Bekhem oğlanlarından geri qalmamaq üçün bunu da etdi

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem oğlanlarından geri qalmadığını sübuta yetirmək üçün saçlarını boyayaraq fotosunu sosial şəbəkədə paylaşıb.

D.Bekhem fotonu öz “Instagram” səhifəsində dərc edib.

Fotoda 46 yaşlı Bekhem övladları – 16 yaşlı Kruiz və 18 yaşlı Romeo ilə şəklini paylaşıb.

“Bəzən gənclərə 90-cı illərdə kimin ilk dəfə saçlarını bu şəkildə boyadığını xatırlatmaq lazımdır, ancaq simalarından bu faktdan çox da məmnun olmadıqları görünür”, – sabiq futbolçu paylaşımına şərh olaraq yazıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest