Bayden yenə aləmi qarışdırdı

ABŞ lideri Co Bayden növbəti dəfə vitse-prezident Kamala Harrisi “dövlət başçısı” adlandırıb.

Hadisə çərşənbə axşamı Baydenin Atlanta Universitet Mərkəzində çıxışı zamanı baş verib.

“Keçən həftə prezident Harris və mən Kapitolidə tariximizi “əvvəl və sonra”ya bölən anlardan birini müzakirə etdik (söhbət 6 yanvar 2021-ci il hadisələrindən – Ağ Ev binasının etirazçılar tərəfindən zəbt edilməsindən gedir – red.)” – deyə o, bildirib.

Qeyd edək ki, artıq üçüncü dəfədir ki, ABŞ prezidenti Kamala Harrisi prezident adlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest