Bayden xəstə olduğunu etiraf etdi

ABŞ prezidenti Co Bayden xəstələndiyini etiraf edib.

O, yaş yarımlıq nəvəsindən zökəmə yoluxduğunu bildirib.

“Mən yaxşıyam, hər gün COVID-19 testləri edirəm… Sadəcə zökəm olan yaş yarımlıq bir nəvəm var və o, babasını öpməyi çox sevir… Bir sözlə, sadəcə soyuqdəymədir”, – deyə Bayden jurnalistlərə səhhəti ilə bağlı suallarını cavablandırarkən bildirib.

Qeyd edək ki, ABŞ prezidenti işsizliklə bağlı növbəti məlumatların dərci münasibətilə açıqlama verərkən burnunda danışıb və ara-sıra öskürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest