Bayden təntənəli mərasimdə yuxuya getdi – VİDEO

ABŞ Prezidenti Co Bayden “USS Delaver” nüvə sualtı qayığının istismara verilməsi mərasimində mürgüləyib. Prezident təntənəli mərasim zamanı yuxuya gedib.

Baydenin yuxulaması Amerika televiziyasında nümayiş olunan kadrlarda əks olunub.

“Amerika televiziyasında nümayiş olunan kadrlarda Co Bayden Vilmington limanında keçirilən mərasimdə təxminən yarım dəqiqə gözləri bağlı dayanıb. Bu, təntənəli yaylım atəşləri zamanı baş verib”, – deyə məlumat verilib.

Bu, son illərdə ilk belə hal deyil. Belə ki, 2021-ci ilin noyabrında Bayden Qlazqodakı iqlim sammitində də yuxuya gedib. Daha sonra ABŞ Prezidenti İsrailin Baş naziri Naftali Bennettlə ikitərəfli danışıqlarda da yuxuya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest