Bayden-Putin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist qeydiyyatdan keçib.

Bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, indiyədək 500-600 jurnalist akkreditasiya olunub, hazırda yeni müraciətlərə baxılır. KİV nümayəndələrinin qeydiyyatı iyunun 11-dək davam edəcək.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest