Baş Prokurorluğa 319 seçki pozuntusu barədə məlumat daxil olub -AÇIQLAMA

Ermənistanın Baş Prokurorluğuna ölkədə keçirilən parlament seçkiləri zamanı yol verilmiş qanun pozuntuları barədə 319 məlumat daxil olub.

TASS xəbər verir ki, bunu qurum nümayəndəsi Edqar Arsenyan keçirdiyi brifinqdə deyib.

“Müxtəlif kanallar vasitəsi ilə prokurorluğa seçkilər zamanı yol verilmiş 319 qanun pozuntusu ilə bağlı məlumat daxil olub. Bunlardan 150 müraciətdə cinayət əlamətləri var. Altısında rüşvət əlaməti ilə bağlı cinayət işləri başlanılıb. 144 iş araşdırmaya və sənədlərin hazırlanmasına göndərilib”, – deyə Arsenyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest