Baş nazir narkotik dövriyyəsinə görə tutuldu – 700 000 dollar RÜŞVƏT

Britaniyanın Vircin adalarının baş naziri Endryu Fahi ABŞ-da saxlanılıb.  

Baş nazir narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb.
Nazirin Mayamidə özlərini meksikalı kokain qaçaqmalçısı kimi təqdim edən amerikalı agentlər tərəfindən tutulduğu açıqlanıb.
İddialara görə, Endryu Fahi agentlərlə Virgin Adaları limanlarının narkotik alverçiləri tərəfindən istifadə edilməsinə icazə vermək üçün 700 000 dollar məbləğə razılaşıb.
Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss bu iddiaların “dəhşətli” olduğunu söyləyib.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Fahi və daha iki nəfər ABŞ-a qaçaqmalçılıq yolu ilə beş kiloqramdan çox kokain keçirmək və çirkli pulların yuyulmasında ittiham edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest