“Barselona” akademiyasının yetirməsi “Trabzonspor”da

Türkiyə Superliqasında çempionluq uğrunda mübarizə aparan “Trabzonspor” İspaniya La Liqasında çıxış edən “Real Betis”in sol cinah oyunçusu Kristian Tellonu heyətinə qatmağa hazırlaşır.

Mənbə iddia edir ki, 30 yaşlı futbolçunun “Real Betis”lə müqavilə bitir və futbolçu Türkiyədə çıxış etməyə qərar verib.

Qeyd edək ki, Kristian Tello “Barselona” futbol akademiyasının yetirməsidir.

“Real Betis”dən əlavə, “Porto”, “Fiorentina” kimi klubların formasını geyinən Kristian Tello İspaniya milli komandasının da şərəfini qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest