Baronessa Koks “dolya”sını almaq üçün İrəvana gəlib

Bütün ermənilərin Katolikosu II Garegin, İngilis Lordlar Palatasının üzvü Baronessa Karoline Koksu qəbul edib.

Bakuexo.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Məlumatda deyilir ki, dini lider ermənilərin və xüsusən də “Dağlıq Qarabağ xalqı”nın maraqlarının müdafiəsinə verdiyi böyük töhfəyə görə İngilis siyasətçiyə erməni kilsəsinin ən yüksək mükafatı – “Surb Sahak – Surb Mesrop” ordenini təqdim edib.

Baronessa da öz növbəsində Katolikosa belə yüksək mükafata görə təşəkkür edib və bildirib ki: “Bundan sonra da Azərbaycanın Dağlıq Qarabağa, onun xalqına və mədəni və tarixi irsinə qarşı apardığı “cinayətlə” bağlı mübarizəsmi davam etdirəcəm”.

QEYD: Baronessa Koks Böyük Britaniyada və dünyada ermənilərin ən qatı tərəfdarı və müdafiəçisi kimi tanınır. Erməni diasporasının pulu ilə bəslənən bu qoca qarı yal almaq üçün yenidən Ermənistana gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest