Bakının məşhur parkındakı yaşıllıqlar niyə məhv olur? – AÇIQLAMA

Artıq 15 gündən çoxdur ki, Bakının Nəsimi rayonunda yerləşən Səməd Vurğun adına parkda su yoxdur. 

Bildirilib ki, parkda su xəttində baş verən qəza səbəbindən yaşıllıqlar məhv olur. 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğusuna cavab olaraq bildirilib ki, ərazidə su borusunda problem baş verib:

“Nəticədə parka su verilməsində fasilələr yaranıb. Birliyin səyyar avtomobilləri ilə parkda suvarılma təyin edilib, yaşıllıqlara qulluq edilib. Bu gün axşam saatlarına kimi, ərazidə boru ilə suyun verilməsi “Azərsu” ASC tərəfindən bərpa olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest