Bakının Ermənistandakı diplomatları haqqında SİRRLƏR AÇILDI – ŞOK SƏNƏDLƏR

Ermənistan müxtəlif bəhanələrlə səfirlərimizin geri çağırılmasına nail olub; indi diplomatik əlaqələr yalnız bir şərtlə qurula bilər…

44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra hazırda Azərbaycanla Ermənistanın münasibətlərinin həlimləşdirilməsi, bölgədəki kommunikasiyaların bərpası ətrafında danışıqlar iki ölkə arasında nə vaxtsa  diplomatik əlaqələrin qurulması ehtimalını da artırır. Bir şərtlə: Ermənistan ərazi bütövlüyümüzü tanıyarsa. Yəni sülh sazişi imzalanarsa, “artsax” iddiasından həmişəlik imtina edərsə.

“Yeni Müsavat” bildirir ki, müstəqilliyin bərpasından sonra Azərbaycan və Ermənistanın hər hansı diplomatik münasibətləri olmayıb. 44 günlük müharibənin nəticələri deməyə əsas verir ki, indi ölkələr ərazi bütövlüklərini tanımaqla bu istiqamətdə ilkin addımlar ata bilər. Amma buna qədər həllini tapmalı olan məsələlər var ki, üçtərəfli bəyanatda göstərilib və Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Odur ki, diplomatik əlaqələr bu problemləri həll etməklə qurula bilər.Yalnız Cümhuriyyət dönəmində (1918-20) Ermənistanda 3 səfirimiz olub. Onlar – Məmməd xan Təkinski, Əbdürrəhim bəy Haqverdiyev və Teymur bəy Makinskidir. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması yalnız 1919-cu ilin əvvəlində mümkün olub. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilib. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır.1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı. Bu səbəbdən də Azərbaycanın xarici işlər naziri iyunun 22-də Gürcüstandakı daimi nümayəndəsinə göndərdiyi məktubda bildirmişdi ki, Ermənistan hökumətinin, o da təşkil edilməyibsə, Erməni Milli Şurasının nəzərinə çatdırsın ki, Azərbaycan-Ermənistan sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmalıdır. Əgər Ermənistan hökuməti bu təklifi bəyənərsə, görüş yerini və vaxtını bildirmək təklif edilmişdi. Lakin Ermənistan tərəfi Batum müqaviləsinin şərtlərinə məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcavüzünü davam etdirməklə yanaşı, Dağlıq Qarabağa dair ərazi iddiası irəli sürmüşdü.Nümayəndəlik iki dövlət arasında diplomatik münasibətlərin tənzimlənməsində, habelə Ermənistan Respublikası ərazisində keçmiş İrəvan quberniyasının türk-müsəlman əhalisinin mənafelərinin müdafiə olunmasında, onların vəziyyətinin öyrənilməsində, erməni millətçilərinin bölgədəki etnik təmizləmə-soyqırımı siyasətinin, qismən də olsa, qarşısının alınmasında mühüm rol oynamışdı. Cümhuriyyətin süqutundan sonrakı dövrdə Məhəmməd xan Təkinskinin fəaliyyəti barədə məlumat əldə edilməyib. Tədqiqatçı Ədalət Tahirzadənin verdiyi məlumata görə, Təkinski repressiyaya məruz qalaraq, 18 mart 1938-ci ildə güllələnib.

Məhəmməd xan Təkinski — Vikipediya

Məmməd xan TəkinskiTəkinskinin Azərbaycan hökumətinə ünvanladığı məlumatlarda Ermənistanın daşnak hökumətinin yiyələndiyi Qərbi Azərbaycanda, həmçinin ələ keçirməyə can atdığı Naxçıvan mahalında yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi qanlı cinayətlərdən ətraflı danışılır və bunların qarşısını, qismən də olsa, almaq üçün zəruri tədbirlərin görülməsi vacib sayılırdı. Təkinskinin səmərəli diplomatik fəaliyyətindən çox narahat olan Ermənistan hökuməti müxtəlif əsassız bəhanələrlə onun geri çağırılmasına nail olmuşdu.Təkinski martın 18-də Eçmiədzində katolikosla görüşü zamanı katolikosun Ermənistanla müsəlmanlar arasında dostluğun zəruriliyini vurğuladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini vəd etdiyini yazır. M. Təkinski mazut olmaması səbəbindən Eçmiədzin kilsəsinin və katolikosun iqamətgahının işıqlandırılmadığını yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini vəd verir və xarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara kömək göstərilməsi lüzumunu qeyd edirdi. Amma onun işlədiyi dövr rəvan keçmir, müsəlmanlara qarşı törədilən cinayətlər və digər gərginliklər barədə davamlı olaraq AXC hökumətinə məruzələr edir, teleqramlar vurur, bu haqda geniş informasiyalar mövcuddur. 1919-cu il oktyabrın 1-də Məhəmməd xan Təkinski Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunur.

Publisist.az | Əbdürrəhim bəy Haqverdiyevin hekayə yaradıcılığının ilk mərhələsi

Əbdürrəhim bəy Haqverdiyev Ermənistandakı diplomatik nümayəndəsi vəzifəsinə 24 avqust 1919-cu ildə görkəmli Azərbaycan yazıçısı və ictimai-siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev təyin olunur. Ermənistanda və Qars vilayətində türklərə qarşı törədilən soyqırımının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində Haqverdiyev xeyli iş görüb. Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılan yüzlərlə sənəddə o dövrün mənzərəsi əks olunub. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi, Tiflisdən İrəvana gedərkən Sənain və Kolagirən stansiyaları arasında erməni terrorçularının Ə. Haqverdiyevə qarşı soyğunçuluqlarından bəhs edir.

Teymur bəy Makinski

Ermənistanda üçüncü, sonuncu səfirimiz Teymur bəy Makinski olur. Azərbaycan hökuməti İrəvan quberniyası ərazisində mövcudluğunu qoruya bilən azərbaycanlı əhalini aclıqdan, səfalətdən qurtarmaq, erməni silahlı dəstələrinə qarşı duruş gətirmək uçun diplomatik nümayəndəlik vasitəsiilə Zəngibasar Milli Şurasına mütəmadi olaraq pul göndərirdi. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermənistan kəşfiyyatı ələ keçirmişdi.Həbs ediləcəyini hiss edən T.Makinski mayın 28-də İrəvanı qəfildən tərk edir və diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbəyov icra etməyə başlayır. İyunun 15-də Ermənistan XİN Azərbaycanda bolşevik hökumətinin qurulmasını səbəb göstərərək, diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.Bakıya qayıdan T.Makinski Sovet Azərbaycanının Xarici İşlər Komissarlığına yazdığı məlumatda diplomatik fəaliyyətlə məşğul olduğu dövrdə xərclənmiş pulların dəqiq hesabatını verir və bununla da bolşevik hökuməti qarşısında maliyyə hesabatı verməklə, gələcəkdə ona qarşı sürülə biləcək ittihamları önləməyə çalışırdı.Təəssüflər olsun ki, Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyində saxlanılan sənədlərin sonrakı aqibəti məlum deyil. Ola bilsin ki, nümayəndəliyin əməkdaşları təhlükəsizlikləri baxımından ya həmin sənədləri məhv etmiş, ya da daşnak hökumətinin əlinə keçib. Nümayəndəlik 1920-ci ilin mayında ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest