Bakıda zəncirvari qəza: Üç maşın və avtobus bir-birinə çırpıldı

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən zəncirvari qəza barədə açıqlama verib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu gün saat 11 radələrində Qara Qarayev prospektində 166 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun da iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi qeydə alınıb:

“Hazırda qəza ilə əlaqədar tərəfimizdən də müvafiq araşdırma aparılır. Bununla əlaqədar 166 nömrəli marşrut xətti üzrə daşıyıcı “Vətən-az Trans” MMC-nin rəhbərliyi Agentliyə çağırılıb”.

İlkin məlumata əsasən, “Toyota Prius”,  “Volkswagen”, VAZ-2107 markalı avtomobillər və “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest