Bakıda yol polisini əvəz edən ağıllı işıqforlar quraşdırıldı – VİDEO

Bakıda nəqliyyat axınının tənzimlənməsi və idarə olunması üçün müasir texnologiyalardan istifadə olunur.

Paytaxtın Fəzail Bayramov küçəsi ilə Xətai prospektinin kəsişməsində ağıllı işıqforlar quraşdırılıb.

Sınaq məqsədi ilə istifadə edilən işıqforlar avtomobillərin sıxlığına müvafiq rejimdə çalışır.

Yəni sözügedən yol qovşağında yol polisinin yerinə yetirdiyi tənzimləyici funksiyasını işıqfor həyata keçirir. Hansı istiqamətdən nəqliyyat axınının yüksək sıxlığı və intensivliyi müşahidə olunsa, avtomatik olaraq işıqforun yaşıl işığı yanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest