Bakıda YANĞIN

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın beşinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə, dəhlizin lambirindən ibarət tavanı 2 m² sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest