Bakıda şagirdlərin yaxasına taxılan “Georgi lenti” ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, iddia olunub ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məsələdən məlumatlıdırlar:

“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest