Bakıda özünü binadan atan qız öldü – FOTO

Dörd gün əvvəl Bakıda özünü binadan atan 15 yaşlı (22.11.2006) qız ölüb.

S.İ yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qeyd edək ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 52 ünvanında baş verib. Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmənin vəziyyəti ağır olub və intubasiya vasitəsilə nəfəs alıb.

Onun hadisənin baş verdiyi binada anası ilə birlikdə kirayədə yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest