Bakıda ölmək neçəyədir? – QİYMƏTLƏR

Bakıda ölü yuma və cənazə daşıma şirkəti fəaliyyət göstərir. 

Belə bir şirkətlə dialoqunu təqdim edirik:
– Salam, sizdə cənazənin yuyulması neçəyədir?

– Bizdə təkcə cənazənin yuyulması deyil, bütün dəfn xidmətləri var.

– Qiymətləri deyə bilərsinizmi?

– Haradan hara gediləcək?

– Cənazə Yasamal rayonundadır.

– Elə orada dəfn olunacaq?
– Bəli.

– Maşına 80 manat verərsiniz.

– Cənazənin yuyulmasının da qiymətini deyin zəhmət olmasa.

– 60 manat da yuyat puludur. 

– Bəs çadır neçəyədir?

– Çadır baxır necə götürəcəksiniz, yəni, menyu ilə, yoxsa menyusuz.

– Menyu ilə olan çadır da var?

– Bəli.

– Maşının qiyməti sabitdir, yoxsa əraziyə görə dəyişir?

– Maşın qiyməti məsələn yuduzdurub Yasamal qəbirstanlığı və ya “Volçivarot” olsa 80 manat, amma bu tərəflər, məsələn, Mərdəkan olsa 120 manat, Hövsanda, Xırdalanda 100 manat.

– Bu xidmətlər hansısa məsciddə göstərilir?

– Xeyr. Bu şəxsi şirkətdir. Birbaşa bu nömrəyə zəng edilir və biz sürücünü yönəldirik. Hər hansı məscidə aidiyyəti yoxdur. Amma yuyat xidməti məscidlərdə həyata keçirilir. Yəni, istəsəniz “Təzə Pir”ə apararıq. Əslində bayaq sizə “Təzə Pir”in qiymətlərini deyirdim. Bəzi məscidlər 70-75 manata yuyur. Bu dəqiqə Bakıda ən “bərkgedən” məscid cənazənin təmiz yuyulması baxımından Təzə Pir, Göy məscid və Heydər məscidinin adını çəkmək olar. Yəni, bu məscidlərə aparmaq olar. Amma bu o demək deyil ki, şirkətimizin həmin məscidlərə aidiyyəti var. Xeyr, dediyim kimi, şəxsi şirkətdir. Qeyd edək ki, hüzr sahibinin şəxsi mağarda, şəxsi xidmətlə təşkil etdiyi xərclər isə daha çox onun süfrəyə verdiyi nemətlərdən asılı olur. Bu xərclər vəfat eləmiş insanın 40 mərasiminə kimi davam edərsə, necə deyərlər, kəllə vurub çarxa çıxar. /Qaynarinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest