Bakıda kişi əvvəlcə arvadını, sonra özünü güllələdi – TƏFƏRRÜAT

Bakıda qətl hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.
Bu arada Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Sabunçu Rayon Prokurorluğundan BAKU.WS-ə daxil olan məlumatda deyilir:
Aprelin 06-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest