Bakıda güclü yanğın baş verdi

Bakıda yarımtikilidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest