Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib.
Bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.
Baş direktor bildirib ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluqdan əlavə edilib.