Bakıda dəhşətli hadisə: Əri boşanmaq istəyən arvadını BIÇAQLADI-FOTO

Bakıda ər boşanmaq ərəfəsində olduğu arvadını bıçaqlayıb.

Qafqazinfo.az-ın məlumatına görə, hadisə mayın 4-də Xətai rayonu General Şıxlınski 1-a ünvanında baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Nadirova Jaləni həyat yoldaşı Heydər Nadirov bıçaqlayıb. Qarın nahiyyəsindən bir bıçaq zərbəsi alan qadın, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.

Hadisə ilə bağlı əməkdaşımızla söhbətləşən qadın bildirib ki, o, ərindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Qadının iddiasına görə, buna əri tərəfindən şiddətə məruz qalması səbəb olub. O, həyat yoldaşı tərəfindən dəfələrlə döyüldüyünü bildirib.

Jalə Nadirova onu da bildirib ki, əri ilə boşanmaq barədə qərar qəbul etdikdən sonra evdən ayrılıb və kirayə qalıb. Buna baxmayaraq, həyat yoldaşı onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib.

Hadisədən sonra Heydər Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb. Jalə Nadirovanın sözlərinə görə, hadisədən 3 gün vaxt keçsə də, polis tərəfindən ondan izahat alınmayıb. Qadın bu durumdan narahat olduğunu dilə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest