Bakıda beşmərtəbəli bina YANIR – VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Əlavə məlumat veriləcək.

***

10:49

Bakıda yaşayış binasında yanğın başlayıb.

Hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində başlayan yanğın davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest