Bakıda avtomobilin salonundan 10 min manat belə oğurlandı – VİDEO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfər vətəndaş müraciət edərək bildirib ki, İ.Qutqaşınlı küçəsində idarə etdiyi avtomobilin qapısnın açıq olmasından istifadə edən naməlum şəxs oradan oğurluq edib. 

Zərərçəkən maşından içərisində 10530 manat olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını bildirib.

26-cı Polis Bölməsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanılıb.

O, ifadəsində qeyd edilən avtomobildən oğurluq etdiyini etiraf edib. Onun avtomobildən oğurladığı pulun bir qismi yaşadığı ünvandan aşkar edilərək götürülüb.

Məmmədəli Abbasovun avtomobildən oğurluq etməsi və hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. 

Saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest