“Bakı və Ankaranın nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”- Ermənistanın Təhlükəsizlik Şurasının katibi

“Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”.

Bu açıqlama ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, – deyə Armen Qriqoryan söyləyib.

A. Qriqoryan əlavə edib ki, Ermənistan tərəfi regional məsələlər əlaqədar işləməyə və müzakirələr təşkil etməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest