Bakı-Quba yolunda AĞIR QƏZA: Ata və 2 aylıq qızı öldü

Bakı-Quba yolunun 68-ci km-də Xızı rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

“VAZ-2106” markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır yaralı halda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. 

Baş verən qəzada həyatını itirənlərin şəxsiyyəti məlum olub. Ölənlərdən ikisi ata-baladır.

Belə ki, qəza zamanı yük maşını ilə Xızının Giləzi qəsəbə sakini, 31 yaşlı Orxan Heydər oğlu Qasımovun idarə etdiyi “Jiquli” Vaz 21-06 markalı avtomobil toqquşub.

Nəticədə Orxan Qasımov, sərnişinlərdən 31 yaşlı Pərviz Xudabaxışov və onun iki aylıq qızı Mədinə Pərviz qızı Xudabaxışlı hadisə yerində ölüb. Digər iki sərnişin isə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest