“Bahalı əşyalar almayın, toy etməyin, ümumiyyətlə boş yerə pul xərcləməyin”.
Qırğızıstan Prezidenti Sadır Japarov əhaliyə müraciət edib. O, əhalidən xərclərə yenidən baxmağı, bahalı əşyaların alınmasını təxirə salmağı, toy (toy və ziyafətlər) keçirməməyi, israfçılığı dayandırmağı xahiş edib.
“Hazırda ən vacib şey ərzaq təhlükəsizliyidir. Həm dövlət səviyyəsində, həm də hər bir ailə səviyyəsində. Hər şeydə bahalaşıb.. Qiymətlər artıb. İşsizlik davam edir. Bir çox zəruri şeylərə pul çatmır”, – Japarov bildirib.
Xuraman Etibarlı