“Bacımın yaşama imkanı çox azdır” – Nadir Qafarzadə

“Son vaxtlar sıxıntım oldu. Proqrama gəlib, Amirə dəstək ola bilmədim. Az məbləğlə ora gələ bilməzdim. Mənə yaraşmadı”.

Bu sözləri müğənni Nadir Qafarzadə “Zaurla Günaydın” proqramında deyib. Sənətçi SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyevin müalicəsi üçün başladılan yardım kampaniyasına qoşula bilməməkdən danışıb:

“Bacım xərçəng xəstəsidir. Hər həftə ona iynə vurulur. Artıq yaşama imkanı çox azdır. Hər gün onun zarıltısı… Ailədə heç kim yatmır. Qızları baxır ona. Ən ağır durumdadır. Mənim də bir əlim onun üstündədir”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest