Bədəndən duzu qovan, mədə-bağırsağı təmizləyən üsul- 1 aya super nəticə

Bu metodun bir neçə əsr yaşı var. Dəfnə yarpağı yaranandan kahinlər, təbiblər, həkimlər ondan ən müxtəlif müalicə məqsədləri üçün istifadə ediblər.

Bizim üçünsə dəfnə sadəcə borşa, şorbaya qatılan ətirli yarpaqdan başqa bir şey deyil.

Bədəndə olan duz qalıqlarını təmizləmək, oynaqlar, sümüklər, əzələlər üçün təmizləyici və rahatladıcı xüsusiyyətə malik dəfnənin xüsusi dəmləməsi mədə-bağırsağın da işini yaxşılaşdırır, toksinlərdən təmizləyir.

Həmin resepti təqdim edirik:

5 qr narın edilmiş dəfnə yarpağının üzərinə 300 qr qaynar su alıb, 15 dəqiqə zəif odda saxlayın. Daha sonra soyudub, süzün. 4 saat termosda qalsın.

Bu dəmləməni cəmi 3 gün istifadə etməlisiz. 300 ml hazır məhlulu bir xörək qaşığı miqdarında içməklə 3 gün ərzində bitirirsiz. Belə ki, gün ərzində hər 2 saatdan bir bir qaşıq içirsiz.

3 gündən sonra 15 gün fasilə verib, yenidən 3 gün etmək olar. Dəfnə dəmləməsini çox miqdarda içmək olmaz.Medcina.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest