AzTV sədrinin ermənilərlə yaradıcılıq “ilişkiləri” üzə çıxdı-ŞOK FAKTLAR

Belə bir deyim var: “Göründüyün kimi olma, olduğun kimi görün”. Əfsuslar olsun ki, indiki cəmiyyətimizdə çoxları göründükləri kimi olmağa çalışırlar. Və bir çox hallarda buna nail olurlar. Bu hesaba da istədikləri vəzifəni qamarlayır, istədikləri çirkin oyunları oynaya bilirlər. Elə AzTV-nin başqanı Rövşən Məmmədov kimi. Görünüşə görə Rövşən ilk baxışda pis təsir bağışlamır. Beləki, ali jurnalistika təhsili alıb, jurnalistika üzrə elmlər doktoru elmi dərəcəsinə yiyələnib və 20 illik jurnalistika təcrübəsinə malikdir.

Amma onu yaxından tanıyanlar və həyat yolunu izləyənlər Rövşənin sadalanan 3 faktorun heç birinə müfəssəl sahib olmadığını çox yaxşı bilirlər. O ancaq plagiatçılıq və “bukvayed”liklə öz istəklərinə çatıb. Təbii ki, burda onun fərdi “keyfiyyətləri” və Əli Həsənov kimi day-dayılığı da xüsusi rol oynayıb. 5-ci kalonun dəstəyi ilə qısa zamanda “elmi uğurlara” imza atan Rövşən cəmi 40 yaşında böyük tarixi ənənələri olan və ölkənin 1-nömrəli ideoloji idarəsi sayılan AzTV -nin sükanına sahib çıxıb. Məhz bundan sonra Rövşənin “potensialı” bəlli olub. Onun iş və “yaradıcılıq” yolunu diqqətlə izləyən tamaşaçı görə bilər ki, son 2.6 ildə Rövşən ancaq plagiatçılıqla məşğul olub. Rusiyanın və Türkiyənin öndə gedən televiziyalarındakı populyar verlişlərinin gülünc və səviyyəsiz formaları AzTV -nin efirinə gətirilib.

Ən dəhşətlisi odur ki, Rövşən hətta ermənilərdən də “ideya” oğurlayıb. Özü də AzTV-nin loqotipini. Televiziyaya rəhbər təyin olunandan həmən sonra AzTV-nin məşhur loqosunu Rövşən bir kənara atdı. Və ermənilədən oğurladığı loqonu 10 milyon Azərbaycan tamaşaçısına özünün unikal tapıntısı kimi sırıdı. İnanmırsınızsa buyurun baxın.


Bu Ermənistanda fəaliyyət göstərən ATV onlayn televiziya kanalının loqosdudur. Bu isə AzTV-nin “məşhur loqosudur.

Bu yerdə ola bilsin ki, Rövşən etiraz edə bilər, deyər ki: “ermənilər bizdən oğurlayıb”. Deyə bilər, Amma sübut edə bilməz. Çünki, ermənilər bu televiziyanı cəmi 7 il bundan qabaq yaradıblar.Və elə həmin vaxtdan da bu loqoyla efirə çıxırlar.

Təbii ki, ermənilərin oğru olmasına hamı kimi mən də şübhə etmirəm. Bir çox milli-mənəvi dəyərlərimizə sahib çıxmağa çalışan ermənilər üçün hansısa loqotipə sahib çıxmaq heç də təəccüblü görünmür. Və uzunçuluqdan qaçaraq deyək ki, ermənilər də ATV-nin loqotipini oğurlayıblar. Amma bizdən yox, şotlandlardan çırpışdırıblar. Sübut üçün deyək ki, Şotlandiyanın məşhur STV-su uzun illərdir ki, bu loqo ilə yayımlanır.

Burdan da aydın olur ki, ermənilər şotlandlardan oğurlayıblar, Rövşən də ermənilərdən çırpışdırıb. Vəssəlam… Bu da sizə Şotlandiyanın STV kanalının loqotipi.

Diqqətlə baxın, Eyni loqotiplərdir. Bunun bizcə izahı yoxdur. Çünki, ermənilərin bizdən oğurladığına kimsə inana bilər. Amma kos-koca şotlandların Rövşəndən oğurluq edəcəyini heç kim ağlına belə gətirə bilməz.

Bütün bunlardan sonra məlum olur ki, ermənilər şotlandlardan oğurluq edib, Rövşən də ermənilərdən çırpışdırıb.Bundan sonrası qalır Rövşənin vicdanına və bir də səlahiyyətli dövlət qurumlarının ixtiyarına. Çünki, bu loqotipə görə Rövşən bir ətək dövlət vəsaitini mənimsəyib. Beləki, Rövşən sədr təyin olunandan cəmi 15 gün sonra, yəni 2019-cu ilin sentyabrında AzTV, İdman-TV və Mədəniyyət TV-nin loqolarını dəyişdirdi. 2019-cu ilin noyabrın 26-da isə buna görə İqtisadiyyat Nazirliyinin Antiİnhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi  Agentliyinə  məktub yazıb dəyişdirilmiş loqolarla bağlı yeni tender elan etdi.

Bu hesaba da Rövşən təkcə ermənilərdən deyil, həm də dövlətdən külli miqdarda vəsait çırpışdırıb.

Xatırladaq ki, AzTV-nin əvvəlki loqolarında Azərbaycanın dövlət rəmzləri təsvir olunmuşdu. Amma Rövşənin ermənilərdən oğurladığı və bizlərə sırıdığı hazırkı loqoda heç bir dövlət rəmzi əks olunmur. Bu da Rövşənin Azərbaycan dövlətinə və Azərbaycan xalqına olan “sevgisindən” qaynaqlanır.

Bəs Rövşənin Azərbaycan xalqına və dövlətinə daha nə kim antipatiyası var? Bu barədə növbəti yazımızda.

Bakuexo.az-ın Sosial şöbəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest